NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb

...

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.
Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib.
Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

Nəşr edilib : 08.09.2025 16:32