NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı 22,1 faiz artıb

...

Bu ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixrac edilməsi məqsədilə 254 mənşə sertifikatı verilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1 faiz çoxdur.

Hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarının göstəricisinə nisbətdə 22,1 faiz artıb.

Nəşr edilib : 13.08.2025 14:48