NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvanda “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Vətənpərvərlik mahnıları (marşları) ifaçılığı müsabiqəsi” keçirilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəni giriş sözü ilə Nazirliyin Aparatının incəsənət və təhsil müəssisələri ilə iş sektorunun baş məsləhətçisi Gülbuta Babayeva açaraq müsabiqənin şərtlərini iştirakçıların diqqətinə çatdırıb.

Vurğulanıb ki, müsabiqə 2 yaş qrupu (12-19 yaş və 20 yaşdan yuxarı) üzrə 1 turdan ibarət olmaqla keçirilir. 1-ci yaş qrupu üzrə 7, 2-ci yaş qrupu üzrə 4 namizəd qeydiyyata alınıb.
Sonra münsiflər heyəti tərəfindən müsabiqə iştirakçılarının ifaları dinlənildikdən sonra qaliblər müəyyənləşdirilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd “Konstitusiya və Suverenlik İli" çərçivəsində milli mədəniyyətin və incəsənətin, vətənpərvərlik hissləri aşılayan mahnıların təbliği, ifaçılıq üzrə istedadlı şəxslərin aşkara çıxarılması, peşəkar ifaçıların istedadlarının təbliğ edilməsi və aşkara çıxarılmış ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir.

Nəşr edilib : 26.12.2025 13:59