NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Naxçıvanda ötən ay 50 yanğın hadisəsi qeydə alınıb

...

Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası ərazisində 50 yanğın hadisəsi qeydə alınıb.

 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu dövrdə Şərur və Kəngərli rayonlarının hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuz rayonunda 6, Sədərək rayonunda 5, Babək və Ordubad rayonlarının hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsi baş verib.

İyul ayında ən çox yanğın Şərur və Kəngərli rayonlarında, ən az yanğın isə Culfa rayonunda qeydə alınıb.

Nəşr edilib : 06.08.2026 09:19