NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb

...

"Şərq qapısı" xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini, 64 yaşlı Rizvan Qafarov saxlanılıb. Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu ələ keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim edib. Faktlarla bağlı araşdırma aparılır.
 R.Qafarovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Nəşr edilib : 07.05.2025 10:12