NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda yağıntılı və dumanlı hava şəraiti gözlənilir

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində fevralın 18-i axşam saatlarından başlayaraq dağlıq ərazilərdə, fevralın 19-da isə bəzi yerlərdə arabir yağıntılı və dumanlı hava şəraiti gözlənilir.

Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir 15 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. 

Havanın temperaturu gündüz saatlarında 12-17 dərəcə isti, gecə saatlarında isə 1-6 dərəcə isti olacaq.

Qeyd olunan hava şəraiti ilə bağlı proqnozun özünü doğrultma ehtimalı təxminən 50 faiz təşkil edir.

Nəşr edilib : 17.02.2026 17:09