NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda yeni tədris ilinə start verilib

...

Sentyabrın 15-də ölkənin bütün ümumi təhsil müəssisələrində  yeni tədris ilinə start verilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhərində də yeni dərs ilinin ilk günündə məktəblərin qapıları şagirdlərin, xüsusilə də ilk dəfə məktəbə qədəm qoyan birincilərin üzünə açılıb. Şagirdlər və müəllimlər yeni tədris ilinin başlanması münasibətilə məktəblərdə bir araya gəliblər.
Təhsil müəssisələrində yeni dərs ilinin başlanması ilə bağlı tədbirlər keçirilib. 
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova çıxış ediblər.
Çıxışlarda yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimlər təbrik edilib, onlara uğurlar arzulanıb. Təhsilin cəmiyyətin inkişafındakı mühüm rolu, şagirdlərin qarşısında duran məqsədlər və keyfiyyətli təhsilin əhəmiyyəti vurğulanıb.
İlk dəfə məktəbə qədəm qoyan birincilər üçün isə bu gün xüsusi əhəmiyyəti ilə yadda qalıb. Onların məktəb həyatına ilk addımı həm özləri, həm də valideynləri üçün yaddaqalan anlarla müşayiət olunub.
Qeyd edək ki, sentyabrın 15-dən etibarən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə dərslər başlayıb.

Nəşr edilib : 15.09.2026 09:46