Bakının azad edilməsinin 108-ci ildönümü münasibət...
10:28 15.09.2026
0
0
0
Sentyabrın 15-də yeni tədris ilinin başlanması ilə məktəblərin həyətində yenidən uşaq səsləri eşidilir. Xüsusilə də ilk dəfə məktəbə qədəm qoyan birincilər üçün bu gün həm sevinc, həm də həyəcanla yadda qalır.
Bu həyəcanı yaşayanlar arasında şəhid övladı Zəhra Əsgərova da var. Şəhid Elçin Əsgərovun qızı olan Zəhra bu gün ilk dəfə məktəbli formasını geyinərək birinci sinfə qədəm qoyub. O, yeni tədris ilinin başlanması ilə bağlı sevincini və ilk məktəb həyəcanını bizimlə bölüşüb: “Birinci sinif olduğum üçün çox sevinirəm. Bir az da həyəcanlıyam. Yeni dostlarımın, müəllimimin olmasını səbirsizliklə gözləyirəm. Məktəbdə çox şey öyrənmək istəyirəm. Ən çox da yaxşı oxuyub gələcəkdə yaxşı bir insan olmaq istəyirəm. Anam deyir ki, məktəbdə çoxlu kitablar oxuyacağıq, yazmağı öyrənəcəyik. Mən dərslərimi çox yaxşı oxuyacağam, söz verirəm. Çünki atam hər zaman ulduzların arasından mənə baxır. İstəyirəm ki, atam mənimlə qürur duysun”.
Bu balaca məktəbliyə qarşıdakı illərdə əldə edəcəyi uğurlarla atasının adına layiq övlad olmağı arzulayırıq.
Digər xəbərlər