Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
Dekabrın 26-da Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən 2025-2026-cı illərin qış mövsümünə hazırlıq çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.
110/35/10 kv-luq Naxçıvan yarımstansiyasından çıxan 10 kV-luq 19 nömrəli elektrik verilişi hava xəttində həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 15:00-dan 17:00-dək Naxçıvan şəhərinin 56, 58 və 60-cı məhəllələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Digər xəbərlər