Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və ...
23:10 03.10.2026
0
0
0
NAXÇIVAN :
03 Oktyabr 2026, Şənbə
Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində çalışan 6 müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 6 müəllim isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına Naxçıvan şəhər 14 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Reyhan Əliyeva, Naxçıvan şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Türkanə Seyidbəyli, Naxçıvan şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Quliyeva, həmçinin Ordubad şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Bilqeyiz Əkbərova, Ordubad rayonunun Aşağı Əylis kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Müşfiq Fərzəliyev və Sədərək rayonunun Dəmirçi kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Qafarova layiq görülüblər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə isə Şahbuz rayonunun Sələsüz kənd tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Züleyxa Cəbiyeva, Babək rayonunun Şəkərabad kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Xatirə Əhmədova, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi Könül Heydərova, Culfa rayonunun Əlincə kənd tam orta ümumtəhsil məktəbinin kimya müəllimi Əli Məmmədov, Culfa rayonunun Ərəzin kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Eminə Məmmədova və Kəngərli rayonunun Qarabağlar kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Xeyrənsə Seyidova təltif olunublar.
Digər xəbərlər