Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qaza...
17:10 31.08.2026
0
0
0
Türkiyənin Malatya şəhərində 24-29 avqust tarixlərdə keçirilən 9-cu Beynəlxalq “Altın Kayası” Şahmat Turnirinə yekun vurulub.
"Şərq qapısı" xəbər verir ki, 17 ölkədən 625 idmançının qatıldığı turnirdə Naxçıvan şahmatçıları da uğurla çıxış ediblər.
Yarışın A kateqoriyasında Məmmədov Sadiq, Seyidli Mirsaleh və Əzimov Yasin, B kateqoriyasında isə Qənbərli Hüseyn və Qənbərli Nigar Naxçıvanı təmsil ediblər.
Yekun nəticələrə əsasən A kateqoriyasında Əzimov Yasin 6,5 xalla 4-cü, Məmmədov Sadiq isə 6 xalla 7-ci yeri tutaraq mükafatçılar sırasında yer alıblar.
B kateqoriyasında mübarizə aparan Qənbərli Hüseyn isə 7,5 xal toplayaraq turnirin qalibi olub. Şahmatçımız, həmçinin 0-1549 reytinq intervalında bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə layiq görülüb və əlavə mükafat qazanıb.
Digər xəbərlər