XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çər...
19:34 12.09.2026
0
0
0
Bu ilin mövsümi köç dövründə Kəlbəcər rayonu ərazisinə 3396 fermerə məxsus 148 min 308 arı ailəsinin köçürülməsinə icazə verilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə ikinci Bal Festivalında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu göstəricilər Kəlbəcərin arıçılıq üçün əhəmiyyətli yaylaq ərazilərindən birinə çevrildiyini və burada arıçılığın inkişafına marağın ildən-ilə artdığını göstərir.
Onun sözlərinə görə, mövsümi arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsinə 2021-ci ildən başlanılıb. Həmin il arıçılıq təsərrüfatlarının Laçın və Kəlbəcər rayonlarına mövsümi köçü həyata keçirilib.
Məcnun Məmmədov deyib ki, işğaldan azad edilmiş ərazilərin zəngin flora örtüyü və əlverişli təbii şəraiti arıçılığın inkişafı üçün böyük potensiala malikdir.
Digər xəbərlər