Nazir: Rus bölməsində təhsilin daha üstün olması i...
14:10 30.06.2026
0
0
0
Dərs prosesi zamanı şagirdlərin diqqətinin tam şəkildə tədrisə yönəlməsi prioritetlərdən biridir. Bu baxımdan, 45 dəqiqəlik dərs müddətində mobil telefonlardan istifadəyə yol verilməməli, dərs zamanı telefonlardan istifadə qadağan olunmalıdır.
"Şərq qapısı" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.
Nazir qeyd edib ki, bu yanaşma şagirdlərin diqqətinin yayınmasının qarşısını almağa, tədrisin keyfiyyətinin yüksəldilməsinə və sinifdə nizam-intizamın daha səmərəli təmin edilməsinə xidmət edir. Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir.
Digər xəbərlər