NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Nazir: Olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə marağının artdığını nümayiş etdirir

...

Elm və təhsil naziri Emin Əmrullayev iyunun 24-də respublika fənn olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və qarşıya qoyduqları hədəflər barədə məlumat veriblər.

Nazir Emin Əmrullayev şagirdlərin nailiyyətlərini ölkənin intellektual potensialının və təhsil sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi dəyərləndirib. O qeyd edib ki, yerli və beynəlxalq olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə, tədqiqata və bilik yarışlarına marağının ildən-ilə artdığını nümayiş etdirir.

Daha sonra olimpiada hərəkatının inkişafı, istedadlı şagirdlərin dəstəklənməsi və onların gələcək akademik inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində şagirdləri maraqlandıran suallar nazir tərəfindən cavablandırılıb.

Nəşr edilib : 24.06.2026 15:58