İyunun 21-də keçirilən imtahanın nəticələri açıqla...
17:06 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
İyunun 29-da Naxçıvan şəhər "Saat Meydanı"nda Naxçıvan Dövlət Universitetinin sayca 56-cı "Məzun günü" keçirilib.
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra universitetin son bir il ərzində əldə etdiyi uğurları, həyata keçirdiyi layihələri və yaddaqalan anları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir musiqi sədaları altında universitetin müxtəlif təhsil pillələri üzrə məzunların təntənəli keçidi ilə davam edib. Universitetin bütün fakültələrinin, Magistratura və doktorantura mərkəzinin, həmçinin NDU nəzdində fəaliyyət göstərən Texniki Kollec, Musiqi Kolleci və Tibb Kollecinin, eləcə də gimnaziyanın məzunları mərasimdə iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu il universitet tarixində 2347 məzunla ən böyük məzun buraxılışı həyata keçirilir. Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti bu günədək 43848 məzun yetişdirib və həmin məzunlar ölkənin müxtəlif dövlət və özəl qurumlarında uğurla fəaliyyət göstərərək universiteti layiqincə təmsil edirlər. 12 minə yaxın tələbə kontingenti ilə universitetin dövlətin prioritetlərinə uyğun peşəkar kadr hazırlığını uğurla davam etdirdiyi vurğulanıb.
Çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayan rektor Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi yüksək etimadın onların üzərinə böyük məsuliyyət qoyduğunu bildirib. Elbrus İsayev məzunların qazandıqları bilik və bacarıqlarla dövlətimizin inkişafına layiqli töhfələr verəcəklərindən əminliyini ifadə edib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin fəxri məzunu, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək bildirib ki, bu gün Naxçıvan Dövlət Universiteti beynəlxalq səviyyədə nüfuz qazanan ali təhsil müəssisəsinə çevrilib. Universitetin son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirən fəxri məzun bu inkişafın hər bir məzun üçün qürurverici olduğunu vurğulayıb.
Universitetin əcnəbi məzunları adından Tibb fakültəsinin məzunu Saime Buse Güven və bütün tələbələr adından NDU-nun Heydər Əliyev adına təqaüdçüsü, Tarix-filologiya fakültəsinin məzunu Əziz Vəliyev çıxış edərək tələbəlik illərinin xatirələrini bölüşüb, yaradılan imkanlara, keyfiyyətli təhsilə görə NDU rəhbərliyinə və bütün professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) görə fakültə birincilərinə və tələbə təşkilatlarında xüsusi fəallığı ilə seçilən məzunlara təşəkkür plaketləri təqdim olunub.
"Məzun günü" atəşfəşanlıq və Murad Arif ilə Miri Yusifin iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib.
Digər xəbərlər