NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Noyabrda neçə gün iş olmayacaq?

...

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq.

"Şərq qapısı" xəbər verir ki, noyabrın 8-i "Zəfər Günü", 9-u isə "Dövlət Bayrağı Günü" kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür.

Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Nəticədə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün, ümumilikdə, 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

Qeyd edək ki, bununla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilib.

Nəşr edilib : 26.10.2026 11:54