Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Ordubad rayonunu təbii qazla təmin edən d 219 mm yüksəktəzyiqli qaz kəmərində avtomobil qəzası olub. Hadisə Culfa rayonu ərazisində qeydə alınıb və qəza baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə, ümumilikdə, 7500 aktiv əhali abonentin və 450 qeyri-əhali abonentin qaz təchizatı dayandırılıb. Hazırda qəza bərpa işləri aparılır. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Digər xəbərlər