NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Ordubadın bəzi kəndlərində işıq olmayacaq

...

Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
"Şərq qapısı" xəbər verir ki, yanvarın 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq  Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Nəşr edilib : 22.01.2026 18:50