NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabrın 19-25-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan  bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 122, tankəleyhinə 42 mina və 526 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 997 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 26.10.2026 11:50