NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Ötən il 133 şagirdin dərsə davamiyyəti bərpa olunub

...

2025-ci ildə Azərbaycanda 133 şagirdin dərsə davamiyyəti bərpa olunub.

"Şərq qapısı" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.

Onun sözlərinə görə, "təhsildə sosial iş" xidməti çərçivəsində 1 400 risk qrupunda olan uşaq qiymətləndirilib:

"Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə 1100 məktəbi əhatə etmişik".

Nəşr edilib : 12.01.2026 12:22