Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib.
“Şərq qapısı” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı, həmçinin dünyada mövcud gərgin proseslər fonunda parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər