NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Paşinyan Aİ səfirləri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

...

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində akkreditə olunmuş səfirlərini qəbul edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı regionda cərəyan edən proseslərə, xüsusən, Azərbaycanla sülh prosesinə toxunulub.
Səfirlər Ermənistan hökumətinin regionda sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərinin vacibliyini qeyd ediblər.

Nəşr edilib : 21.05.2025 20:51