Azərbaycan və Gürcüstanın regionları arasında əmək...
16:56 11.11.2026
0
0
0
NAXÇIVAN :
11 Noyabr 2026, Çərşənbə
Qlobal istiləşmə, bioloji müxtəlifliyin azalması, təbii ehtiyatların həddindən artıq istismarı, ərzaq təhlükəsizliyinə təhdidlər və dağıdıcı təbiət hadisələri dövlətlərin gündəlik qarşılaşdığı problemlərə çevrilib. Türkiyə hazırda energetika, sənaye və nəqliyyatdan tutmuş kənd təsərrüfatınadək iqtisadiyyatın bütün sahələrində zərərli maddələrin emissiyasını azaltmağa çalışır.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyə Prezidenti, xüsusilə az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün maliyyə vəsaitlərinə, texnologiyalara və imkanlara çıxışın asanlaşdırılmasına çağırıb.
“Liderlər olaraq, bizim siyasi səviyyədə nümayiş etdirdiyimiz qətiyyət gənclərimiz üçün yol açacaq. Gəlin, bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirək”, – deyə o vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, ölkəsinin özü də hazırda “genişmiqyaslı yaşıl transformasiya” mərhələsini yaşayır.
“Türkiyə inkişaf hədəflərini müəyyənləşdirərkən və enerji təhlükəsizliyini təmin edərkən, ekoloji amilləri hərtərəfli nəzərə alır. 2053-cü ilədək xalis sıfır emissiyaya nail olmaq məqsədinə uyğun şəkildə yaşıl inkişafa can atırıq”, – deyə dövlət başçısı qeyd edib.
Prezident Ərdoğan sammit iştirakçılarına “Sıfır tullantı” təşəbbüsünün uğurla həyata keçirilməsi barədə məlumat verib.
“2017-ci ildə “Sıfır tullantı” təşəbbüsünün icrasına başlanarkən Türkiyədə tullantıların təkrar emalı səviyyəsi 13 faiz təşkil edirdisə, 2025-ci ilin sonuna bu göstərici təxminən 40 faizə çatıb”, – deyə o bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkədə elektrikləşmənin səviyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıb.
“Qarşıdakı 10 ildə elektrik enerjisi istehlakını 50 faiz artırmağı, tullantıların yaranma sürətini iki dəfə azaltmağı və sənayedə qapalı dövriyyə prinsipi əsasında istifadə olunan materialların tətbiqini genişləndirməyi planlaşdırırıq”, – deyə o qeyd edib.
Digər xəbərlər