NAXÇIVAN :

11 Noyabr 2026, Çərşənbə

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

...

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Hökumətinin sədri Zurab Pataradze ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında ortaq maraqlara əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə, logistika və nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, investisiya və infrastruktur sahələrində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və yeni iqtisadi imkanların yaradılması məsələlərinə diqqət yetirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular da müzakirə edilib.

Nəşr edilib : 11.11.2026 16:56