Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarş...
17:05 11.11.2026
0
0
0
NAXÇIVAN :
11 Noyabr 2026, Çərşənbə
Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilovun Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Honkonqun nüfuzlu ali təhsil müəssisələri - Honkonq Universiteti (The University of Hong Kong - HKU), Honkonq Çin Universiteti (The Chinese University of Hong Kong - CUHK) və Honkonq Politexnik Universitetinin (The Hong Kong Polytechnic University - PolyU) nümayəndələri ilə görüşlər keçirilib.
İdarəetmə Qrupundan bildirilib ki, görüşlərdə ali təhsil müəssisələrinin rəhbər heyətinin üzvləri, o cümlədən Honkonq Politexnik Universitetinin Tətbiqi fizika departamentinin professoru, Təbiət elmləri fakültəsinin elmi tədqiqatlar üzrə dekan müavini Yanq Çay və Honkonq Çin Universitetinin Qəbul və maliyyə yardımı ofisinin direktoru Ann Sin Nqa Lau iştirak ediblər. Görüşlər zamanı DPİQ-nin fəaliyyət istiqamətləri, Dövlət Proqramının prioritet ixtisas sahələri və əsas məqsədləri barədə məlumat verilib. Proqramın ölkənin yüksəkixtisaslı insan kapitalına olan tələbatının ödənilməsində, eləcə də gənclərin dünyanın qabaqcıl universitetlərində təhsil imkanlarına çıxışının təmin edilməsində rolu diqqətə çatdırılıb. Müzakirələrin əsas istiqamətlərindən biri Dövlət Proqramının prioritet ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində azərbaycanlı namizədlər üçün təhsil proqramlarının seçim imkanlarının genişləndirilməsi olub.
Bununla yanaşı, Azərbaycan və Honkonq universitetləri arasında ikili diplom proqramlarının yaradılması perspektivləri nəzərdən keçirilib. Universitetlərin akademik potensialından qarşılıqlı faydalanmaq, birgə tədris təşəbbüsləri formalaşdırmaq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə Dövlət Proqramı iştirakçılarının akademik və peşəkar inkişafının dəstəklənməsi məsələlərinə də toxunulub. Tələbələrin elmi-tədqiqat, təcrübə və karyera inkişafı imkanlarından daha geniş yararlanması, universitetlərin akademik mühitinə inteqrasiyası, eləcə də mövcud dəstək mexanizmləri üzrə əlaqələndirmənin gücləndirilməsi müzakirə edilib.
Səfərin mühüm nəticələrindən biri DPİQ-in Honkonq Universitetinin Qəbul üzrə Məsləhət Şurasında (Admissions Advisory Board) təmsil olunmaq üçün rəsmi dəvət almasıdır. Müxtəlif ölkələrdən təhsil sahəsi üzrə mütəxəssisləri bir araya gətirən platforma ali təhsilə qəbul sahəsində beynəlxalq tendensiyaların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək çağırışlara uyğun qəbul yanaşmalarının formalaşdırılması məqsədi daşıyır.
DPİQ-nin bu platformada iştirakı beynəlxalq ali təhsil mühitindəki yeniliklərin izlənilməsi, universitetlərə qəbul prosesləri üzrə qabaqcıl təcrübənin öyrənilməsi və Dövlət Proqramı iştirakçılarının akademik imkanlarının genişləndirilməsinə yönələn yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Honkonqun aparıcı universitetlərinin nümayəndələri ilə keçirilən görüşlər DPİQ-in beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, azərbaycanlı gənclər üçün yeni təhsil və peşəkar inkişaf imkanlarının yaradılması, eləcə də Azərbaycan və Honkonq ali təhsil müəssisələri arasında uzunmüddətli akademik əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi işlərin davamıdır.
Digər xəbərlər