Nəqliyyatda bir gün: görünən və görünməyən əməyin ...
17:23 11.11.2026
0
0
0
Bu gün kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Qananın Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzibati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə hər iki ölkənin kənd təsərrüfatı və aqrar idarəetmə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının əsas fəaliyyət istiqamətləri və həyata keçirilən tədbirlər barədə müzakirələr aparılıb.
Tərəflər aqrar sektorun inkişafı, dövlət qurumları arasında institusional əlaqələrin gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirib.
Görüş zamanı aqrar sahədə özəl sektorun iştirakının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sektorda davamlı inkişafın təmin edilməsi, eləcə də iki ölkənin biznes subyektləri arasında əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb.
Kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi, iki ölkənin biznes subyektləri arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi, eləcə də elmi-tədqiqat institutları arasında əlaqələrin qurulması və birgə elmi araşdırmaların aparılması imkanlarının əhəmiyyəti vurğulanıb. Bu baxımdan, ölkəmizdə hər il keçirilən “Caspian Agro” sərgisinin yeni işgüzar əlaqələrin qurulması və birgə biznes təşəbbüslərinin formalaşdırılmasında rolu xüsusi vurğulanıb.
Digər xəbərlər