NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

“Qarabağ” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

...

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu başa çatıb.
“Şərq qapısı” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.
Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.
Komanda I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2.
Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

Nəşr edilib : 01.10.2025 22:41