NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

Qazaxıstan nümayəndə heyətinə “ASAN xidmət” təcrübəsi təqdim edilib

...

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstanın müxtəlif vilayət və dövlət qurumlarını təmsil edən nümayəndə heyətinə “ASAN xidmət” modeli barədə ətraflı təqdimat keçirilib.

Dövlət Agentliyindən verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi üzrə həyata keçirilən layihələrdən danışılıb. Qonaqların diqqətinə çatdırılıb ki, Dövlət Agentliyi 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi sahəsində xüsusi mükafatına, 2023-cü ildə isə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb. Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla ixrac edildiyi vurğulanıb.

Akademiyanın dəvəti ilə ölkəmizə səfər edən qazaxıstanlı nümayəndələr, həmçinin “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olublar.

Nəşr edilib : 25.11.2026 10:36