NAXÇIVAN :

10 Oktyabr 2026, Şənbə

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

...

Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində Hökumətlərarası Komissiyanın yaradılması barədə Azərbaycanın təklifini dəstəkləyir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində bildirib.
Dövlət başçısı, həmçinin Xəzəryanı dövlətlərin Qazaxıstanın Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqramın hazırlanması təklifini təsdiqlədiklərini bildirib.
Tokayevin sözlərinə görə, görülən tədbirlər hələ də kifayət deyil. Buna görə də Xəzərin dayazlaşmasının nəticələrinin yumşaldılması, iqtisadiyyatların və ekosistemlərin baş verən dəyişikliklərə uyğunlaşdırılması üçün razılaşdırılmış fəaliyyətə keçmək lazımdır.

Nəşr edilib : 09.10.2026 18:52