NAXÇIVAN :

10 Oktyabr 2026, Şənbə

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

...

Rusiya süni intellektdən istifadə etməklə Xəzər dənizinin səviyyəsi ilə bağlı dəyişiklikləri proqnozlaşdırmaq üçün onun rəqəmsal modelinin yaradılmasını təklif edib.
"Şərq qapısı" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Xəzər Ekoloji Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, söhbət buxarlanma, yağıntılar və çay axınlarının dinamikasının təhlili əsasında Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı etibarlı ssenariləri hesablamağa imkan verəcək yüksək dəqiqlikli virtual modeldən gedir.
O qeyd edib ki, rəqəmsal modeldən naviqasiya marşrutlarının dəqiqləşdirilməsi və onlara düzəlişlərin edilməsi, eləcə də gəmiçiliyin təhlükəsizliyinin artırılması üçün də istifadə oluna bilər.
V.Putin MDB ölkələrini bu təşəbbüsə qoşulmağa dəvət edib.

Nəşr edilib : 09.10.2026 19:02