NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Qəzənfər Əhmədov: Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir

...

Gələn il axtarış işlərinə yerin atından keçən radar (GPR) sistemlərini cəlb etməyi planlaşdırırıq. Bu sistemlər məzarlıqların və insan qalıqlarının yerinin dəqiq müəyyən olunmasında yüksək səmərəlilik nümayiş etdirir.

"Şərq qapısı" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov Bakıda "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın bağlanış mərasimində bildirib.

O deyib ki, Dövlət Komissiyası müasir texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirir və bu sahəyə davamlı investisiyalar ayırır: "Texnologiyaların digər mühüm üstünlüyü onların xəritələşdirmə imkanlarıdır. Bir gün ərzində onlar 45 kvadratkilometrdən artıq ərazinin ətraflı xəritəsini hazırlaya bilir. Bu, paktik baxımdan Ağdam kimi geniş bir ərazinin 1 və ya 1 ay ərzində sistemli şəkildə tədqiq olunması deməkdir. İnanırıq ki, bu müasir texnologiya gələcək humanitar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək. Bu texnologiya mütəxəssislərimizin təcrübə və peşəkarlığını tamamlayacaq, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr əldə etməyimizə kömək edəcək", -deyə o qeyd edib.

Nəşr edilib : 30.06.2026 13:54