Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyin...
22:36 20.10.2026
0
0
0
NAXÇIVAN :
20 Oktyabr 2026, Çərşənbə axşamı
2025-ci ildə ekstremal hava hadisələrinin yaratdığı iqtisadi itkilər 184 milyard avro təşkil edib. Bu, 2024-cü illə müqayisədə 32 faiz azdır, lakin itkilər hələ də 2000-2019-cu illər üçün uzunmüddətli orta göstəricidən 20 faiz yüksəkdir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “Allianz Research” və “Allianz Trade” şirkətləri tərəfindən dərc edilən hesabatda deyilir.
Bildirilir ki, qlobal sığorta əhatə dairəsindəki boşluq 115 milyard avroya çatıb. Güclü El Nino qasırğasının 2027-ci ildə 395 milyard avro iqtisadi məhsul itkisinə səbəb olacağı proqnozlaşdırılır. Bu, tədqitat aparılan iqtisadiyyatların proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 0,24 faizinə bərabərdir.
İqlimlə əlaqəli risklərin sığorta sektoruna və maliyyə bazarlarına təsiri daha da artıb. 2020-2025-ci illər üçün orta illik iqtisadi itki 237 milyard avro olub ki, bu da əvvəlki dövrlə müqayisədə 54 faiz artım deməkdir. Keçən il sığortalanmış itkilər təxminən 69 milyard avro olub. Ümumi iqtisadi itkilərin 38 faizi sığorta tərəfindən ödənilib. Çin, ABŞ və Hindistanın bu itkinin təxminən 60 faizini çəkəcəyi gözlənilir.
El Nino qasırğasının iqtisadi təsirlərinin də inflyasiya vasitəsilə hiss olunacağı gözlənilir. Qlobal ümumi inflyasiyanın 0,42 faiz bəndi, ərzaq inflyasiyasının isə 0,65 faiz bəndi artacağı proqnozlaşdırılır. Avropa İttifaqında xalis iqtisadi məhsul itkisinin təxminən 21 milyard avroya çatacağı gözlənilir, ümumi inflyasiyanın 0,31 faiz bəndi artacağı proqnozlaşdırılır.
Hesabatda iqlimlə əlaqəli fəlakətlərin artan tezliyinin və şiddətinin sığorta xərclərinə və qiymətlərə birbaşa təsir göstərəcəyi, iqtisadi itkiləri məhdudlaşdırmaq üçün qabaqlayıcı siyasətlərin və iqlim risklərinə qarşı dayanıqlığın vacibliyi vurğulanır.
Digər xəbərlər