NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

...

Azərbaycanda sentyabrın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Nəşr edilib : 25.09.2026 12:36