Prezident İlham Əliyev “Global Infrastructure Part...
12:42 25.09.2026
0
0
0
Digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, həmçinin din xadimləri dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.
"Şərq qapısı" xəbər verir ki, bu məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu siyahıya həm də:
- 65 yaşı tamam olan şəxslər (bu Məcəllənin 48.2-ci maddəsi nəzərə alınmaqla);
- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
- bu Məcəllənin 41.1.10-cu maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində).
Digər xəbərlər