NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Şahbuz rayonunun Kükü kəndində baş verib.
Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənovu qızının yaşadığı evdə arı sancıb.
A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, Aftandil Həsənov Sədərək döyüşlərində şəhid olan Müşfiq Həsənovun qardaşı idi. O, Kükü kənd qəbirstanlığında dəfn edilib.

Nəşr edilib : 10.11.2025 17:44