NAXÇIVAN :

30 Iyul 2026, Cümə axşamı

Səfir: Mərakeş ilə Azərbaycan arasında dostluq münasibətləri ildən-ilə daha da möhkəmlənir

...

Mərakeş Krallığı ilə Azərbaycan arasında dostluq münasibətləri ildən-ilə daha da möhkəmlənir. Ölkələrimiz qarşılıqlı hörmətə, siyasi etimada, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyə əsaslanan möhkəm tərəfdaşlığı bölüşür.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda ölkəsinin milli bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda söyləyib.
Səfirin sözlərinə görə, iki ölkə arasında siyasi dialoq intensivləşib, yüksəksəviyyəli təmaslar artıb və ikitərəfli əməkdaşlıq getdikcə daha çox sahəni əhatə etməyə başlayıb: “İqtisadi və ticarət əlaqələri genişlənir, xalqlarımız arasında təmaslar isə daha da sıxlaşır”.
O bildirib ki, vizasız gediş-gəliş haqqında saziş turizmə və insanlar arasında əlaqələrə yeni təkan verib, biznes, investisiya və qarşılıqlı tanışlıq üçün yeni imkanlar yaradıb.

Nəşr edilib : 30.07.2026 20:03