NAXÇIVAN :

29 Noyabr 2026, Bazar

Sərgən Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunub

...

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi vəzifəsinə Sərgən Yalçın təyin olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bildirib. O, son 2-3 gündə bu istiqamətdə mühüm hadisələrin baş verdiyini qeyd edib.

53 yaşlı mütəxəssis milli komandada çalışmağın böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bu vəzifə çox vacibdir. “Ay-ulduz” hər şeydən üstündür. Hər bir baş məşqçinin gəlmək istədiyi yer milli komandadır. Xalqın baş məşqçisi olmaq çox gözəldir. Bu, mənim üçün də qürur və xoşbəxtlik mənbəyidir. İnanıram ki, hər kəsin dəstəyi ilə bizi uğurlu milli komanda yolu gözləyir. Yenidən xalqın komandanın arxasında birləşməsinə nail olacağıq”.

Sərgən Yalçın bu vəzifədə Vinçenzo Montellanı əvəzləyib.

Qeyd edək ki, Türkiyə millisi noyabr ayında UEFA Millətlər Liqasında son iki oyununu keçirəcək. Komanda noyabrın 12-də İzmir şəhərində Belçika yığmasını qəbul edəcək, 15-də isə səfərdə Fransa millisi ilə qarşılaşacaq.

Nəşr edilib : 20.10.2026 14:58