NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Şərurda baş verən qəzada 3 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistral yolun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 68-BK-601 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 68-BF-164 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı  2 qadın və 1 kişi xəsarət alıb. Onlar Şərur rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Nəşr edilib : 04.06.2025 20:33