Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında ...
19:40 09.09.2026
0
0
0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın elan etdiyi “Sülh Aylığı” çərçivəsində bu günədək Bakı şəhərində və regionlarda müxtəlif maarifləndirici tədbirlər, görüşlər və hüquqi müzakirələr keçirilib. Aylıq çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə aidiyyəti dövlət orqanlarına məlumat verilib və müvafiq yol xəritəsi təqdim olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, “Sülh Aylığı”nın əsas məqsədi cəmiyyətdə sülh ideyalarının, qarşılıqlı hörmət və etimadın, dialoq və anlaşma mədəniyyətinin təşviqinə, sülhün mahiyyəti və əhəmiyyətinin daha geniş təbliğinə töhfə verməkdir.
Bu istiqamətdə media nümayəndələrinin də fəal iştirakı, sülhün müxtəlif aspektlərini araşdıran analitik yazı və materialların hazırlanması, ictimai müzakirələrin təşkil olunması xüsusi əhəmiyyət daşıyır.
“Sülh Aylığı” çərçivəsində tədbirlər və təşəbbüslər davam etdirilir.
Digər xəbərlər