NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Tramp 3-cü dəfə prezident olmayacağını bəyan edib

...

Konstitusiya ilə qadağan edilmiş üçüncü müddətə prezidentlik üçün 2028-ci ildə yenidən namizəd olmağı düşünmürəm.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC kanalına müsahibəsində deyib.
"Tramp 2028” papaqları satan adamlar var. Amma mən bunu etmək istəmirəm. Mən gözəl dörd il keçirmək və sonra bu işi ideal olaraq irəli aparmaq üçün respublikaçıya təhvil vermək istəyirəm", - deyə Tramp bildirib. O vurğulayıb ki, dörd il böyük işlər görmək üçün yaxşı vaxtdır.

Nəşr edilib : 04.05.2025 22:14