NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişib

...

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişiklik edib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru Şuranın tərkibinə daxil edilib, ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Şuranın tərkibindən çıxarılıb.

Nəşr edilib : 04.08.2025 16:21