NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Türkiyə lideri: Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq

...

Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə (HHM) sistemi kompleksi yaratmalıdır, çünki bütün ehtiyacları təmin etmək üçün təkcə Rusiyanın S-400 zenit-raket kompleksləri kifayət etmir.
“Şərq qapısı” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib.
"Hava hücumundan müdafiə sistemi təkcə S-400-lə məhdudlaşmır. Biz çoxsəviyyəli HHM sistemi kompleksi yaratmalıyıq", - o qeyd edib.
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə raket silahlanma imkanlarında əhəmiyyətli irəliləyişə nail olub, lakin bu kifayət deyil.
"Biz birləşmiş sistem, "Polad günbəz" qururuq. Biz öz gücümüzlə hazırladığımız müxtəlif yüksəkliyə malik HHM sistemlərini, sensorları, radioelektron mübarizə sistemlərini birləşdiririk", - prezident qeyd edib.

Nəşr edilib : 26.06.2025 15:51