NAXÇIVAN :

04 Oktyabr 2026, Bazar

Türkiyənin cənubunda üç zəlzələ baş verib

...

Oktyabrın 4-də Türkiyənin cənubundakı Adana və Osmaniyə əyalətlərində 4,8, 4,9 və 5,2 bal gücündə zəlzələlər baş verib.
“Şərq qapısı” Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna (AFAD) istinadla xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 14:19-da Adana əyalətində qeydə alınıb, 4,8 bal gücündə zəlzələnin episentri Saimbeyli rayonunda olub.
On yeddi dəqiqə sonra eyni ərazidə 4,9 bal gücündə zəlzələ, yerli vaxtla saat 14:43-də isə qonşu Osmaniyə əyalətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Nəşr edilib : 04.10.2026 16:54