Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 11-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra iştirakçılar Heydər Əliyev Muzeyini ziyarət edərək Ümummilli Liderin zəngin dövlətçilik irsi, həyat və fəaliyyəti barədə geniş məlumat əldə ediblər.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin çıxışları ilə davam edib.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur. Onun əsasını qoyduğu dövlətçilik strategiyası Azərbaycanı böyük inkişaf yoluna çıxarıb, ölkəmizin bugünkü siyasi, iqtisadi və sosial uğurlarının təməlini formalaşdırıb. Natiqlər Heydər Əliyevin milli dövlətçilik ənənələrinin bərpası, xalqın birliyi, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən bəhs ediblər.
Tədbirdə, həmçinin qeyd olunub ki, Ulu Öndərin siyasi xəttini bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlməsi məhz Ulu Öndər Heydər Əliyev irsinin müasir mərhələdə təntənəsidir.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, yeni nəsillərə çatdırılması və dövlətçilik ideyalarının yaşadılma
Digər xəbərlər