NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

...

Azərbaycan sədrliyi dövründə iqlimə davamlılığın gücləndirilməsi və yaşıl enerjiyə keçid istiqamətində uğurlu təşəbbüslərlə çıxış edib. Çin tərəfi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir və bu istiqamətdə həyata keçirilən səyləri dəstəkləyir.

"Şərq qapısı" xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, AQEM yarandığı gündən etibarən dinc yanaşı yaşamaq prinsipinə sadiq qalıb, çoxtərəfli əməkdaşlığı təşviq edib və Asiyada sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm platforma olub.

Nəşr edilib : 15.10.2026 14:15