“Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdima...
20:52 06.11.2026
0
0
0
Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, komitənin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən həyata keçirilən monitorinqlər çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa”, “Sahtaxtı” və “Sədərək” dövlət sərhədindən buraxılış məntəqələrində mal və nəqliyyat vasitələri üzərində aparılan gömrük baxışı və gömrük yoxlaması tədbirləri, həmçinin sərhədkeçmə prosesləri əyani şəkildə izlənilib.
Eyni zamanda, monitorinqlər çərçivəsində gömrük nəzarəti, sərhədkeçmə prosesləri, yük və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması ilə bağlı həyata keçirilən təkmilləşdirmələr və yeniliklər barədə ətraflı izahlar verilib.
Digər xəbərlər