NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

...

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 4 sentyabr tarixli Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə səfiri təyin edilib.

Nəşr edilib : 22.10.2026 21:44