NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Naxçıvan Muxtar Respublikasında yeni layihəsinin icrasına start verib

...

“Naxçıvan gənclərinin sağlamlığı naminə “Narkotikə yox” təşəbbüsü” adlı layihə çərçivəsində ilk təlim 28 iyunda Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində baş tutub.
Layihə rəhbəri, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev təlim iştirakçılarını salamlayaraq layihə barədə Naxçıvan gənclərinə məlumat verib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə təlimlərin baş tutmasının vacibliyinə toxunan layihə rəhbəri gəncləri təlimdə fəal olmağa səsləyib. Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin ruhuna etiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra təlim açıq elan edilib.
İlk olaraq təlim iştirakçılarına pre-testlər paylanılıb, sorğunun mahiyyəti barədə danışılıb. Sonra söz təlimçi, psixoloq Çapay Quliyevə verilib. Təlimçi narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə gəncləri məlumatlandırıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara post-testlər paylanılıb, onlar tərəfindən sorğu cavablandırılıb.
Yekunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan “Savaş və Duman” adlı kitabı təlim zamanı fərqlənən 2 iştirakçıya hədiyyə edilib.
Qeyd edək ki, təlimin Şərur, Babək, Culfa və Ordubad rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 29.06.2025 17:20