NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Yalçın Rəfiyev: Azərbaycan uşaq və gənclər məsələsini qlobal iqlim gündəliyinin yuxarı pillələrinə yüksəldib

...

Gənclər və uşaqlar iqlim dəyişikliyinə ən az səbəb olan tərəf olsalar da, onun təsirlərindən ən çox əziyyət çəkənlər sırasındadıralr. Bununla belə, onlar yalnız bu gün qəbul etdiyimiz qərarların nəticələrini yaşayan tərəf deyillər. Onlar artıq həll yolları formalaşdırır, innovasiyaları təşviq edir və daha böyük iddialar irəli sürürlər. Məhz bu səbəbdən gənclərin bilik, bacarıq və qərarqəbuletmə proseslərində mənalı iştirak imkanları ilə səlahiyyətləndirilməsi davamlı, azkarbonlu və dayanıqlı gələcəyin qurulması üçün vacibdir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev söyləyib.

O qeyd edib ki, Azərbaycan COP29 Sədrliyi dövründə uşaq və gənclər məsələsini qlobal iqlim gündəliyinin yuxarı pillələrinə yüksəldib. “Bu, iqlim diplomatiyamızı gələcək nəsil üçün daha əhatəli və çevik etməyə yönəlmiş genişmiqyaslı səylərimizə mühüm töhfə olub. Azərbaycan keçən il COP Sədrliyini təhvil versə də, qlobal iqlim diplomatiyasında fəal rol oynamağa davam edir. Hazırda "Bakıdan Belemə 1.5°C Missiyası" çərçivəsində COP Üçlüyünün (Troika) üzvü kimi, biz braziliyalı, türkiyəli və avstraliyalı həmkarlarımızla birlikdə COP31 üçün hesabat hazırlayırıq. Bu prosesin bir hissəsi olaraq gənclərlə əməkdaşlıq edir, onların baxışlarının kollektiv işimizə inteqrasiya olunmasını həyata keçiririk”, - deyə nazir müavini bildirib.

Nəşr edilib : 08.09.2026 15:57