Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
Baharın müjdəçisi olan İlaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi gəlib çatdı. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və ya sadəcə, “Yelli çərşənbə” kimi tanınan bu əziz gün təbiətin dörd əsas ünsüründən biri olan havanın oyanışını tərənnüm edir.
Qışın soyuq səssizliyini pozan, baharın ətrini uzaqlardan gətirən müqəddəs bir mehdir bu gün. İnanclara görə, artıq oyanmış olan Su və Odun ardınca Yel də hərəkətə keçir. Dünyanı gəzir, suları ləpələndirir, odu alovlandırır və təbiətə “oyan” deyə pıçıldayır. Yel çərşənbəsi küləyi əsdirərək keçən ilin kədərini, tozunu-torpağını ruhumuzdan silib-süpürən təmizlənmə ritualıdır.
Deyilənə görə, həmin gün külək gün ərzində bir neçə dəfə rəngini və səmtini dəyişir. Gah isti, gah da soyuq əsərək dünyanı tarazlığa gətirir. İnsanlar küləyə qarşı durub arzularını danışır, “Yel baba”dan ruzi-bərəkət və xoş xəbərlər diləyirlər. Yel ağacları silkələyərək onları qış yuxusundan ayıldır, tumurcuqların içindəki gizli həyatı oyadır.
Bir az dəli-dolu, bir az başıdumanlı küləkdir bu. Gah qapıları döyür, gah pəncərələri titrədir, gah da insanın üzünə toxunub keçmişin tozunu-torpağını ruhundan qovub aparır.
Qapı-pəncərənizi taybatay açın ki, Yel baba içəridəki ağırlığı aparıb, evinizə baharın təravətini və yeni ümidləri bəxş etsin. Bu coşqun küləklərlə gələn oyanış bayramınız, Yel çərşənbəniz
mübarək olsun!
Digər xəbərlər